Cinsiyyət vəzləri endokrin orqan olduğundan bir sıra hormonal problemlərin mərkəzində durur və müxtəlif yaş qruplarında bir çox xəstəliklərlə qarşımıza çıxır. Əhali arasında ən çox yayılmış və xidmət sahəmizə aid kişi və qadın hipoqonodizmi, gec ortaya çıxan kişi hipoqonodizmi, ginekomastiyalar, primer ovarial çatışmazlıq, polikistik yumurtalıq sindromu (PCOS), hirsutizm, tüklənmə, menstrual dövrün pozulması, menopauza və postmenopauzal dövrün endokrin patologiyaları klinik protokola uyğun şəkildə araşdırılıb, diaqnoz qoyularaq müalicə edilir. Cinsiyyət vəzlərinin endokrin xəstəliklərində, hamiləlik planlanmasında və genetik sindromlarda, böyrəküstü və cinsiyyət vəzlərinin ortaq hormonal problemlərində, cinsi kimlik pozulmaları, transseksualizm, erektil disfunksiya və impotensiyalarda hormonal dəyərləndirmə üçün endokrinoloji konsultasiya mütləqdir.

Hamiləlik planlanmasında və genetik sindromlarda, böyrəküstü və cinsiyyət vəzlərinin ortaq hormonal problemlərində, cinsi kimlik pozulmaları, transseksualizm, erektil disfunksiya və impotensiyalarda hormonal dəyərləndirmə üçün endokrinoloji konsultasiya mütləq edilməlidir. Qadın və kişi sonsuzluğunun səbəbləri arasında çox vaxt, bəzən də unudulmuş hormonal problemlər ola biləcəyindən endokrinoloji aspektden araşdırılması düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Həmçinin süni mayalanma (İVF) kimi yardımçı reproduktiv üsullarla hamilə qalmaq istəyən pasientlər üçün öncədən endokrinoloji müayinə və hamiləlik müddətində nəzarət altında olmaqları mühüm əhəmiyyət kəsb edir.
