Ana səhifə Diabet Diabet səbəbi ilə uzun müddət sonra qarşımıza çıxa biləcək ağırlaşmalar hansılardır?

Diabet səbəbi ilə uzun müddət sonra qarşımıza çıxa biləcək ağırlaşmalar hansılardır?

Diabet xəstəliyi ağır fəsadlara səbəb ola bildiyi üçün ciddi bir xəstəlik hesab olunur. Şəkərli diabetin müalicəsində məqsəd həm xəstənin həyat fəaliyyətinin keyfiyyətini yüksək tutmaq, həm də uzun müddət ağırlaşmaların qarşısını almaqdır. Bir qayda olaraq diabet diaqnozu qoyulmuş insanlar uzun illər sağlam və problemsiz yaşaya bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, qanda şəkərin səviyyəsi uzun müddət yüksək qalarsa, gözlərdə, böyrəklərdə, sinir sistemində və ayaqlarda problemlər ortaya çıxa bilər. Şəkərli diabet ürək-damar xəstəliklərinin yaranma riskini artırdığından mütəmadi kardioloji yoxlamalardan keçmək şərtdir.

Diabetin ağırlaşmasından qorunmaq üçün qanda şəkər səviyyəsini normada saxlamaq vacibdir. Bunun üçün qanda şəkər səviyyəsini müntəzəm olaraq ölçmək və göstəricinin normada olduğuna əmin olmaq lazımdır.

 

Paylaş:
Həkimə ehtiyac var?