Qanda şəkərin səviyyəsini nəzarət altında saxlamaq üçün bədəninizin sağlam ikən avtomatik etdiklərini indi siz özünüz etməlisiniz. Məqsəd qandakı şəkəri mümkün qədər normala yaxın səviyyədə saxlamaq olduğundan, diabetdən qabaqkı insulin ifrazını təqlid edən ən uyğun müalicə üsulu seçilməlidir. Bunun çüün gündəlik insulin inyeksiyalarını dayandırmamalı və həkiminizin tövsiyə etdiyi diabet dərmanlarını istifadə etməlisiniz. İnsulin inyeksiyasının sayını və vurulma vaxtını və yaxud dərman sayı və qəbul vaxtını həkiminiz təyin etməlidir. Siz isə qan şəkərinizi ölçərək qeydlərinizi həkiminizə göstərməlisiniz.
– Gündə 3 dəfə əsas, 3 dəfə də aralıq yemək yeməlisiniz;
– Qidalanma rejiminizi pozmamalı, pəhriz saxlamalı və bunu həyat tərzinizə çevrilməlisiniz;
– İdman etmək və fiziki fəallığı artırmaq diabetin müalicəsinin təməl daşıdır.

