Xeyr, hər zob xəstəsinə cərrahi əməliyyat lazım olmur. Qalxanabənzər vəzin tamamilə böyüdüyü və içərisində düyünlərin olduğu vəziyyətlərdə cərrahi əməliyyat bir müalicə üsuludur.

Zob xəstəliyində əməliyyata göstərişlərdən aşağıdakıları qeyd edə bilərəm:
- Boyunda böyümüş zobun əmələ gətirdiyi estetik problem.
- Böyümüş zobun ya da düyünlərin yemək borusunu və tənəffüs yolunu sıxması nəticəsində yaranan şikayətlərin olması.
- Bir il ərzində aparılan TSH-supressiv müalicəyə baxmayaraq,böyüməkdə davam edən nodulyar zoblarda.
- Qalxanabənzər vəzdə xərçəng (cancer) aşkar edilməsi və ya şübhəsi olduğu hallarda.
- Ölçüsü 3(üç)sm və daha böyük olan nodulyar və ya multinodulyar zoblarda.
- 6(altı) ay ərzində aparılan düzgün antitireoid müalicənin effekt vermədiyi, yaxud dərmanların əlavə təsirlərinin qabarıq təzahürləri olduğu, radioaktiv yod müalicəsinə əks-göstəriş olduğu diffuz və ya nodulyar toksiki zoblarda.
- Residiv toksiki zob və toksiki adenomlarda.
Hər bir strumektomiya və ya planlanacaq əməliyyata gedən xəstə mütləq əməliyyatdan öncə, eləcə də əməliyyatdan sonra requlyar endokrinoloq kontrolunda olmalıdır.
