Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir çox diabet xəstələrində ayaqlardakı qan dövranının zəifləməsi müşahidə edilir. Hissiyyatın itməsi və qan dövranının zəifləməsi nəticəsində ayaqlarınızda yaralar və xüsusilə topuqlarınızda çatlar əmələ gələ bilər. Bu çatlarda və yaralarda infeksiya əmələ gəlmə riski yüksəkdir. Lazımi diqqəti göstərsəniz, arzuolunmaz nəticələrdən özünüzü qoruya bilərsiniz.

Şəkərli diabet ayaqlara necə ziyan vurur?
Düzgün idarə edilməyən diabet sinir sisteminin pozulmasına səbəb olur. Bundan dərhal xəbər tutmaya bilərsiniz. Buna görə həkiminiz hər müayinə zamanı ayaqlarınızda hissiyat qüsurların əmələ gəlib-gəlməməsini yoxlamalıdır. Əgər ayaqlarınızda uyuşma, qarışqa gəzmə hissi, pambıq üstündə gəzmə hissi və ya dar corab geyinmə hissi varsa mütləq həkiminizə müraciət edin. Hissiyatın itməsi nəticəsində ayaqqabınızın ayağınızı sıxıb-sıxmadığını anlamaya və isti, soyuq kimi duyğuları ayırd etməkdə çətinlik çəkə bilərsiniz. Ayağınızı isti suda və ya soba kənarında yandıra bilərsiniz. Ayağınızda yaralar meydana gələr və siz bunun fərqdində olmaya bilərsiniz. Buna görə hər gün yatmazdan əvvəl ayağınızda hər hansı bir qızartı və yara əmələ gəlib-gəlmədiyini yoxlayın.
Şəkərli diabetdə ayağa necə qulluq etməliyəm?
Gündəlik ayaq müayinəsi:
– Ayağınızı hər gün yoxlayın;
– Ayaqlarınızın daban hissəsini görə bilmək üçün güzgüdən istifadə edin;
– Ayağınızda ən xırda çat və ya yaranı mütləq həkiminizə və tibb bacısına göstərin;
– Ayaq dəriniz zədəsiz və yumşaq olmalıdır. Ayağınızda təkrarlanan döyənəklərin olmamasına diqqət edin;
– Dırnaqlarınızın ətrafında qızartı və şişkinlik görsəniz həkiminizə müraciət edin.
Şəkərli diabetdə gündəlik istifadə etdiyim ayaqqabılar necə olmalıdır?
