Ana səhifə Diabet Şəkərli diabetdə idman zamanı nələrə diqqət etməliyəm

Şəkərli diabetdə idman zamanı nələrə diqqət etməliyəm

Uzun müddət idman etməyi planlayırsınızsa, daha az insulin qəbul etməli və əlavə yemək yeməlisiniz. İdmana başlamazdan əvvəl həkiminizlə məsləhətləşməlisiniz. Karbohidtrat ehtiyacını ödəmək üçün meyvə şirələri və ya yüngül şəkərli içkilər yaxşı alternativ ola bilər. Bunun sayəsində su ehtiyacınızı da qarşılaya bilərsiniz.

İctimai yerlərdə ani ağırlaşmaların qarşısını almaq üçün görə biləcəyiniz tədbirlər:
– Yanınızda mütləq bir qənd parçası və ya meyvə şirəsi saxlayın;
– Yanınızda həmişə “Diabet xəstəsiyəm” kartınızı gəzdirin;
– Bir yerdə idman etdiyiniz dostlarınıza diabetiniz olduğunu deyin;
– Köməyə ehtiyacınız olduqda dostlarınıza nə etmələri gərəkdiyini izah edin (məsələn, Glukaqon vurmağı öyrədin).

Paylaş:
Həkimə ehtiyac var?