Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin.
İldə bir dəfə göz həkiminə gedin. Heç bir görmə probleminiz olmasa belə, həkimə getməyi təxirə salmayın. Göz həkiminiz göz bəbəyinizin böyüməsi üçün bir damcı tökərək gözünüzün arxasını görə biləcəkdir. Göz problemlərindən vaxtında xəbərdar olmaq müalicəni rahatlaşdıracaq və daha ciddi problemlərin əmələ gəlmə riskini azaldacaq.
Göz həkiminə gedəndə katarakta və qlaukoma yoxlamalarının edildiyindən əmin olun.
Əgər hamiləsizsə, ilk üç ay içində mütləq göz həkiminə gedin.
Əgər hamilə qalmanı planlayırsınızsa, göz müayinəsinə ehtiyacınız olub-olmadığını həkiminizdən soruşun.
Siqaret çəkməyin. Siqaret diabetlə bağlı göz problemlərinin sürətlənməsinə yol açar.

