Şəkərli diabetin səbəb ola biləcəyi digər problemlər katarakta və qlaukomadır. Diabetli şəxslərdə gənc yaşda əmələ gəlmə ehtimalı daha güclüdür.
Katarakta göz linzasının şəffaflığını itirərərək tutqun bir vəziyyət almasıdır. Katarakta zamanı gözünüzün önündə bir bulud və ya duman varmış kimi hiss yaranır. Yeganə müalicə yolu cərrahi müdaxilədir. Şəffaflığını itirən göz linzası götürülüb yerinə süni olanı yerləşdirilir.
Qlaukoma göz daxili təzyiqin yüksəlməsi səbəbi ilə görmə sinirinin gedərək zəifləməsidir. Qlaukoma əsasən göz damcıları ilə müalicə edilir. Gözdaxili təzyiqi azaldan bəzi damcılar istifadə etməklə və ya bəzi hallarda lazerlə müalicə üsulu seçməklə qlaukomanın zərələrini azalda bilərsiniz.

