Ən çox rast gəlinən ağırlaşmalar arasında kəskin, hipo-hiperqlikemik komalar, xroniki xarakter daşıyan, sürətlə inkişaf edən və müalicəyə qarşı rezistent olan infeksiyalar, eləcə də makro və mikrovaskulyar ağırlaşmaları (retino, neyro-, nefropatiyalar) qeyd etmək olar. Şəkərli diabet xəstələrinin müalicəsində “Diabet məktəbi” mühüm yer tutur və burada xəstələrə özünənəzarət, pəhriz və insulin müalicəsi zamanı diqqət edilməli məqamlar, qan şakərinin ölçülməsi qaydaları, ayaqlara düzgün qulluq və s. öyrədilir. Biz diabet dərsləri zamanı əyani vasitələrdən də (slayd, videofilmlər və s.) istifadə edirik. Diabet dərslərinə gəlmək hər bir şəkər xəstəsi üçün faydalıdır. Son olaraq deyə bilərik ki, şəkərli diabetin müalicəsi yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, xəstəliyi və ağırlaşmaları anlayaraq yalnız bu sahənin mütəxəssisindən, həkim-endokrinoloqdan məsləhət alan və onun nəzarəti altında olan şəxslərdə uğurlu ola bilər.

