Qalxanabənzər vəzinin fəaliyyətinin artması, yəni tireotoksikoz və ya hipertiroidizm zamanı vəzidə hormon istehsalı normadan artıq olur. Bu artım nəticəsində orqanizmdə maddələr mübadiləsi həddən artıq sürətlənir.

Sürətlənmiş maddələr mübadiləsi xəstə üçün çox toksiki və əziyyətlidir. İkinci hal qalxanabənzər vəzidə bunun tam əksi olan hormon yetərsizliyidir. Bu halda qalxanabənzər vəzidə hansısa irsi səbəblərlə əlaqəli hormon yetərsizliyi, fəaliyyətində şüalanma və radiasiya ilə əlaqədar olaraq çatışmazlıq və hormon defektinin əmələ gəlməsi müşahidə edilir. Hormon defisiti orqanizmdə mübadilənin zəifləməsi və yavaşımasına səbəb olur. Hipotiroidizmə daxil olan bir çox xəstəliklərin diaqnozunu tam qoymaq və düzgün müalicəsini aparmaq mümkündür. Əgər xəstədə düyünlü zob aşkarlanıbsa, bu düyün hormon tarazlığından asılı olmayaraq müəyyən onkoloji risk daşıyıcısıdır.
