Ana səhifə Məqalələr Zob xəstəliyinin 3 müalicə üsulu: dərman, cərrahi və radioaktiv yod

Zob xəstəliyinin 3 müalicə üsulu: dərman, cərrahi və radioaktiv yod

1. Dərman müalicəsi

Dərman müalicəsi, hormon tarazlığı pozulmuşsa verilməlidir.
Əgər qalxanvari vəzi hormon profilində yetərsizlik varsa çat-mayan hormonu yerinə qoymaq üçün hormonun sintetik analoqunu tablet şəklində xəstəyə veririk və bu tabletlərin qəbulu ömürlükdür.
Xəstənin halını və vəziyyətini adekvat dozanı tutmaq üçün bəlli aralıqlarda qan testləri ilə kontrol edirik.
Əgər bunun əksinə qalxanvari vəzidə hormon tarazlığı artmış istehsala bağlı bir tretoksikoz düşündürürsə, o zaman antitiroid dərmanlar dediyimiz xüsusi preparatlarla qalxanvari vəzidə hormon istehsalını azaltmağa çalışaraq hormon tarazlığını qorumaq istəyirik.

 

2. Cərrahi müalicə

Cərrahi müalicə qalxanvari vəz xəstəliklərində vacib bir yer tutmaqdadır. Amma xəstələr əməliyyatdan əvvəl və əməliyyatdan sonrakı dövrlərdə mütləq həkim endokrinoloq tərəfindən təqib olunmağı çox vacibdir.

3. Radioaktiv yod müalicəsi

Radioaktiv yod müalicəsi xüsusi qrup seçilmiş xəstələrə, müəyyən tretoksikoz hallarında, qalxanvari vəzin xərçəngindən əməliyyat olunmuş xəstələrə əməliyyatdan sonrakı dövrdə ablasiya məqsədi ilə edilən bir müalicə üsuludur. Bu müalicə üsullarından başqa digər türkəçarə, fitoterapiya, qurbağa və s. bu kimi müalicələrin heç bir elmi əsası yoxdur, bunlarla müalicə aparmaq sadəcə vaxt itkisidir.

 

Paylaş:
Həkimə ehtiyac var?