Diabetin klassik hesab edilən əlamətləri aşağıdakılardır:
• Susuzluq və ağızda quruluq hissi;
• Tez-tez və əsasən gecələr sidiyə çıxma;
• Yorğunluq və halsızlıq;
• İştahanın artması və sanki səbəbsiz yerə çəki itkisi;
• Bulanıq görmə;
• Yaraların gec və çətinliklə sağalması;
• Əl və ayaqlarda ağrılar, keyimə, yanma və iynə batması hissi;
• Donma və digər buna bənzər hissiyyat pozuntuları;
• Dəridə quruluq və çatların əmələ gəlməsi;
• Qadınların sidik yollarında yaranan bəzi problemlər.
Eyni zamanda, hər iki cinsin seksual həyatında rast gəlinən bəzi problemlər və s. də şəkərli diabetin əlamətlərinə aid edilə bilər.
Əgər insanda göstərilən 2 haldan hər hansı birinin nəticəsi pozitivdirsə, ona şəkərli diabet diaqnozu qoyulur: Aclıq qan şəkəri – 8-12 saat gecə yuxusundan sonra 126 milliqram/destilitr yaxud 7 mmol/litrin üzərində olarsa yaxud toxluq qan şəkəri – yeməkdən 2 saat sonra venadan götürülmüş qanda qlükoza 200 milliqram/ destilitr və yaxud 11 mmol/litrdən artıqdırsa.

