Ana səhifə Məqalələr Klassik bilinən diabetin əlamətləri

Klassik bilinən diabetin əlamətləri

Klassik bilinən diabetin əlamətlərinə
• susuzluq hissi və ağız quruluğu,
• tez-tez və gecələr sidiyə çıxma,
• yorğunluq, halsızlıq hissi,
• iştahanın artması, səbəbi bilinməyən çəki itkisi,
• bulanıq görmə,
• çətin sağalan yaralar,
• əl və ayaqlarda ağrılar, keyimə, yanma, iynə batması,
• donma və digər bənzəri hissiyyat pozğunluqları,
• dəri quruluğu, çatlaqlar,
• qadınlarda sidik yollarında müəyyən şikayətlər,
eyni zamanda, hər iki cinsdə seksual sferada bəzi problemlərin olması və s. də şəkərli diabetin əlamətlərinə aiddir.

Şəkərli diabetin diaqnozu aclıq qan şəkəri, əgər hər hansı bir insanda acqarına, 8-12 saat gecə yuxusundan sonra 126 milliqram/destilitr yaxud 7 mmol/litrin üzərində olarsa və ya toxluq qan şəkəri yeməkdən 2 saat sonra venadan götürülmüş qanda qlükoza 200 milliqram/ destilitr və yaxud 11 mmol/litrdən artıqdırsa, bunların hər hansı biri pozitivdirsə artıq şəkərli diabet diaqnozu qoyulur.

Paylaş:
Həkimə ehtiyac var?