Ana səhifə Məqalələr Şəkərli diabet xəstəliyi – əsrimizin epidemiyasıdır!

Şəkərli diabet xəstəliyi – əsrimizin epidemiyasıdır!

Şəkərli diabet hər yaşda rast gəlinən, ciddi ağırlaşmalarla erkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual, tibbi-sosial əhəmiyyətli geniş yayılmış qeyri-infeksion xəstəlikdir.
Şəkərli diabet və ya şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmamazlığı, yaxud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi) vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulması ilə müşayiət olunan polietioloji (çoxsəbəbli) xəstəliklər qrupudur.

Şəkərli diabet diaqnozdan sonra həyat boyu davam edən xroniki bir xəstəlikdir. Statistik məlumatlara görə dünyada 425 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bizim ölkəmizdə 264 mindən çox diabet xəstəsi rəsmi qeydiyyatdadır, amma dünyada şəkərli diabet xəstəsi qədər diabet riski daşıyan insan olması da unudulmamalıdır. Rəsmi statistika bu xəstəliyin gələcəkdə daha da sayının artacağını proqnozlaşdırmaqdadır.

Hazırda beynəlxalq diabet federasiyasının verdiyi açıqlamaya görə bu gün dünya əhalisinin hər 11 nəfərindən biri şəkərli diabet xəstəsidir.

 

Paylaş:
Həkimə ehtiyac var?