Ana səhifə Məqalələr Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu vardır

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu vardır

Birincisi təlimdir.
Əgər şəkərli diabet diaqnozu qoyulmuşdursa həyat boyu davam edəcək bir xəstəlik olduğunu xəstənin qəbul etməsi, qan şəkərini ölçüb qeyd etməsi, vaxtlı-vaxtında kontrollara gəlməsi şəkərli diabetin tələb etdiyi həyat tərzinə uyğun şəkildə endokrinoloq həkimi ilə əlaqəsi və kontrolu vacibdir. Bütün şəkərli diabetli xəstələrin müalicəsində diabet təlimi mühüm yer tutur və birinci müalicə üsulumuzdur.

İkinci pəhriz müalicəsidir.
Şəkərli diabet qədər həyatda qidalanmadan asılı ikinci xəstəlik yoxdur. Pəhriz şəkərli diabetin müalicəsinin təməl daşıdır.

Üçüncü üsul idman müalicəsidir.
Fiziki fəallığın artırılması qan şəkərinin düşməsi ilə birlikdə xəstələri psixoloji istiqamətdə çox gözəl motivasiya edir və eyni zamanda, qan yağları və arterial təzyiqin düşməsinə də çox böyük faydası vardır.

Dördüncü müalicəmiz medikamentoz, yəni dərman müalicəsi ilə aparılır. Şəkərli diabetin müalicəsində dərmanlara ağızdan alınan həblər və insulin müalicəsi aiddir.
Sadalanan 4 ana sütundan başqa digər fitoterapiya və reklam olunan digər müalicə üsullarının fundamental endokrinologiyada və diabetin müalicəsində heç bir elmi əsası və yeri yoxdur.

Paylaş:
Həkimə ehtiyac var?