Boy qısalığı uşaq həkimlərinin sıx qarşılaşdığı bir problemdir.Təbii ki, pediatrlar ilk gedəcəyiniz ünvan olmalıdır.Əgər uşaq həkiminiz həqiqətən boy qısalığı düşünərsə irəli araşdırma və müalicə üçün Sizi endokrinoloqa yönəldəcək. Boy qısalığı normal bir variant ola biləcəyi kimi ciddi bir xəstəlik və ya endokrin-hormonal patalogiya da ola bilər. Boy qısalığının diaqnostikası və müalicəsi həkim-endokrinoloqun işidir.