Ana səhifə Məqalələr Boy qısalığının diaqnostikası necə aparılır?

Boy qısalığının diaqnostikası necə aparılır?

Böyümənin anormal və ya normal olduğunun göstəricisi, boy inkişafının  müəyyən zaman içərsindəki böyümə sürətidir. Ana-ata uşağın görünüşündəki dəyişiklikləri şübhəsiz fərq edəcək, lakin həkim bu dəyişiklikləri böyümə kartlarının köməyi ilə müşahidə və dinamiki qeyd etməlidir. Həqiqətən boy qısalığı olmasını dəqiqləşdirib, valideynə dəqiq məlumat verilməlidir. Uşağın böyümə əyrisi çəkilməlidir.
Böyümə əyrisi uşağın müəyyən bir zamandakı bir zamandakı boyunu göstərən bir qeydiyyat növüdür. Həkiminiz hər müayinədə uşağınızın boy və kilosunu ölçür və bu nəticələri eyni yaşdakı digər uşaqlara aid nəticələr ilə müqayisə üzrə böyümə əyrisinə işləyir. Böyümə əyrisi, uşağın yetkinlik boyuna çatana qədər hər il neçə santimetr uzandığını göstərir. Hər kəsin özünə məxsus bir böyümə əyrisi vardır.

Boyun 3 persantilin altında olması və ya uşağın persantil əyrisinin aşağı düşməsi boy qısalığı və böyümədə dayanma olaraq təyin olunur.
Həm uşağın, həm də ailəsinin tibbi keçmişinin ətraflı olaraq bilinməsi həkimə uşağın boy qısalığı ilə əlaqədar bir çox ipucu verir. Həkiminiz, uşağınızın və digər ailə fərdlərinin keçirmiş olduğu xəstəlikləri və uşağınızın evdəki həyatını və qidalanma vəziyyətini bilmək istəyəcək. Ananın hamiləliyi, uşağın doğumu ilə əlaqədar suallar soruşulacaq, ana-atanın, bacı-qardaşlarının boylarını öyrənmək istəyəcək.

Paylaş: