Ana səhifə Məqalələr Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzilər cüt orqanlardır, hər iki böyrəklərimizin üstündə yerləşirlər. Hər vəzin təxminən 4 qram ağırlığı vardır. Embrioloji, histoloji və funksional olaraq bir birindən fərqli olan iki fərqli qisimdən ibarətdir. Vəzin 90% -ni əhatə edən qabıq maddə və az bir qismini isə mərkəzdə yer alan beyin maddəsi tutur, bunların istehsal etdikləri hormonlar və uyğun olaraq xəstəlikləri də fərqli olur. Böyrəküstü vəzin qabıq maddəsi (adrenal korteks) üçqatlı olub çeşidli hormonlar istehsal edir. Bu hormonlar xolesterini mənşəli olub, steroid tərkiblidir. Aldesteron, kortizol, cinsi hormonlar (androgenlər) bu qatın əsas hormonları sayılır. Beyin maddədən isə (adrenal medulla) bir amin turşu olan tirozindən sintezlənən adrenalin (epinefrin), noradrenalin (norepinefrin) hormonları istehsal olunur ki, bunlara da tibb dilində katexolaminlər deyirik.

Böyrəküstü vəzin xəstəlikləri tireoid və endokrin pankreas (mədəaltı vəzi) xəstəliklərinə baxmış az rast gəlinsə də, daha şiddətli olub, mütləq şəkildə müalicə tələb edir.Vəzin xəstəlikləri adətən yetməməzlik və ya hormon artıqlığı yaradan adenomlara bağlı  olaraq qarşımıza çıxır. Adətən vəzin beyin maddəsinin hipofunksiyası olmur. Ona görə ki, digər toxuma və orqanlardakı (məsələn, dalaqda, qaraciyərdə, simpatik sinir sistemində, aortada) spesifik hüceyrələr bu hormonları sintez edərək vəziyyəti aradan götürürlər. Qabıq maddə hormonlarının yetərsizliyi isə həm hipofiz vəzin hipofunksiyasına bağlı, həm də vəzin özünə bağlı olaraq yaranır. Aldesteron yetərsizliyindən daha çox qlükokortikoid ismi verdiyimiz başda kortizol çatışmazlığı olmaqla yaranan Addison xəstəliyi kimi tanıdığımız problem endokrinoloqların daha çox qarşılaşdığı xəstəliklərdəndir.

Paylaş: