Ana səhifə Məqalələr Cinsiyyət vəzlərinin xəstəlikləri və reproduktiv endokrinologiya

Cinsiyyət vəzlərinin xəstəlikləri və reproduktiv endokrinologiya

Cinsiyyət vəzləri endokrin orqan olmaqla bir sıra hormonal problemlərin mərkəzində duraraq müxtəlif yaş qruplarında çeşidli xəstəliklərlə qarşımıza çıxmaqdadır. Xidmət sahəmizə aid olan əhali arasında ən çox yayılmış kişi və qadın hipoqonodizmi, gec ortaya çıxan kişi hipoqonodizmi, ginekomastiyalar, primer ovarial yetməməzlik, polikistik yumurtalıq sindromu (PCOS), hirsutizm, tüklənmə və adət düzənsizlikləri, menopauza və postmenopauzal dövrün endokrin patologiyaları klinik protokola uyğun şəkildə araşdırılıb, diaqnoz qoyularaq müalicə edilir. Cinsiyyət vəzlərinin  endokrin xəstəliklərində, hamiləlik planlanmasında və genetik sindromlarda, böyrəküstü və cinsiyyət vəzlərin müştərək hormonal problemlərində, cinsi kimlik pozulmaları, transseksualizm, erektil disfunksiya və impotensiyalarda hormonal dəyərləndirmə üçün endokrinoloji konsultasiya mütləq edilməlidir.

Hamiləlik planlanmasında və  genetik sindromlarda, böyrəküstü və cinsiyyət vəzlərin müştərək hormonal problemlərində, cinsi kimlik pozulmaları, transseksualizm, erektil disfunksiya və impotensiyalarda hormonal dəyərləndirmə üçün endokrinoloji konsultasiya mütləq edilməlidir. Qadın və kişi sonsuzluğunun yaranmasında çox vaxt, bəzən də unudulmuş  hormonal problemlər ola biləcəyindən endokrinoloji aspekden araşdırılma, düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Həmçinin süni mayalanma (İVF) kimi yardımçı reproduktiv yöntəmlərlə hamilə qalmaq istəyən pasientlərdə öncədən endokrinoloji baxış və hamiləlik müddətində təqib mühüm əhəmiyyət kəsb edir.

Paylaş: