Ana səhifə/Cinsiyyət vəzlərinin xəstəlikləri və reproduktiv endokrinologiya

Cinsiyyət vəzlərinin xəstəlikləri və reproduktiv endokrinologiya

Cinsiyyət vəzləri endokrin orqan olmaqla bir sıra hormonal problemlərin mərkəzində dayanır və müxtəlif yaş qruplarında müxtəlif xəstəliklərdə özünü göstərir. Xidmət sahəmizə aid olan əhali arasında ən çox yayılmış kişi və qadın hipoqonodizmi, gec ortaya çıxan kişi hipoqonodizmi, ginekomastiyalar, primar ovarian çatışmazlığı, polikistik yumurtalıq sindromu (PCOS), hirsutizm, tüklənmə və aybaşı nizamının pozulması, menopauza və postmenopauzal dövrün endokrin patologiyaları klinik protokola uyğun şəkildə araşdırılır və diaqnoz qoyularaq müalicə edilir. Cinsiyyət vəzlərinin endokrin xəstəliklərində, hamiləlik planlanmasında və irsi sindromlarda, böyrəküstü və cinsiyyət vəzlərin ortaq hormonal problemlərində, cinsi şəxsiyyət pozulmaları, transseksualizm, erektil disfunksiya və impotensiyalarda hormonal dəyərləndirmə üçün mütləq endokrinoloji konsultasiya edilməlidir. Qadın və kişi sonsuzluğunun yaranmasında çox vaxt unudulmuş hormonal problemlər ola biləcəyindən endokrinoloji araşdırma düzgün diaqnoz və müalicə baxımından çox vacibdir. Həmçinin süni mayalanma (İVF) kimi yardımçı reproduktiv müayinələrlə hamilə qalmaq istəyən pasiyentlərdə ilkin endokrinoloji baxış və hamiləlik müddətində vəziyyyətin izlənməsi mühüm əhəmiyyət kəsb edir.

Həkimə ehtiyac var?