Ana səhifə Məqalələr Daxili / xarici zob; dişi / erkək zob; və zəhərli / zəhərsiz zob nədir?

Daxili / xarici zob; dişi / erkək zob; və zəhərli / zəhərsiz zob nədir?

Tibbi olaraq belə bir təsnifat olmasa da, bunlar xəstəyə vəziyyətini deyərkən, rahat anlatmaq üçün  istifadə olunan ifadələrdir. Qalxanvari vəzin böyümədiyi, müayinəsinin normal olduğu, sadəcə olaraq hormonal tarazlığın pozulduğu vəziyyətə xalq arasında “daxili zob” deyilə bilər. Artıq hormon sekresiyası zamanı zob xəstəliyini “zəhərli” zob olaraq adlandırırıq. Qalxanabənzər vəzin böyüdüyü, lakin hormonal  tarazlığın  pozulmadığı hallarda el arasında “zəhərsiz zob” kəlməsi də işlənir. Əməliyyatdan sonra residiv verən zob xəstəliyini aydınlaşdırmaq üçün “dişi” zob termini istifadə olunur. Yenə də bu terminlər tibbi bir məna ifadə etmirlər.

Paylaş: