Ana səhifə Diabet Diabet cinsi həyata necə təsir edə bilər?

Diabet cinsi həyata necə təsir edə bilər?

Diabetin cinsi fəaliyyətlə əlaqədar bir sıra problemlərə yol açdığını eşitmisiniz. Diabet hamıya eyni şəkildə təsir etmir, diabeti yaxşı kontrol edilən şəxslər heç bir problemlə qarşılaşmaya da bilərlər. Bununla bərabər, diabetin uzun müddət kontrolsuz olduğu bəzi kişilərdə yüksək qan şəkəri sinirlərdə zədəyə yol açaraq kişi cinsi orqanına gedən impulsların qarşısını alaraq, yəni ereksiya üçün lazım olan qan axınını kontrol edən sinirlərin və damarların işini pozaraq problemlərə yol açar. Belə bir halda bu vəziyyəti həkiminizə deməlisiniz. Sizə ən doğru məlumatı və müalicəni həkiminiz verəcəkdir.

 

Şəkərli diabetdə cinsi həyatı normal davam etdirmək üçün nələrə diqqət etməliyəm?

Cinsi həyatınızı normal şəkildə davam etdirə bilməyiniz üçün qanda şəkərinizi yaxşı kontrolda saxlamağınız çox vacibdir. Qısa müddətdə hipo və hiperqlisemiyaların qarşısını almaq, cinsi həyatınızı dolayı yolla yaxşılaşdıra bilər. Uzun müddətdə qan şəkərinin yaxşı kontrolu diabet ilə bağlı ağırlaşmaların qarşısının alınmasına kömək edərək cinsi funksiyalarınızın düzəlməsini təmin edir. Bu vəziyyət, qanda şəkərinizi normal səviyyədə saxlamaq üçün uyğun dozada insulin qəbul etməyiniz (və ya dərman dozalarını və növlərini müəyyənləşdirmək) mənasına gəlir. Uzun müddət davam edən hipoqlisemiya sizi yorğun sala bilər. Beləliklə,ereksiya problemi yaşaya bilərsiniz. Bundan başqa, hiperqlisemiya qadın və kişi cinsi orqanında göbələk infeksiyalarına yol aça bilər. Qadınlarda vaginal quruluq və bunun nəticəsində ağrı,qaşıntı olur və nəticədə cinsi istək azala billər. Belə bir halda mütləq həkiminizə müraciət edin.

Paylaş: