Diş və diş əti xəstəlikləri hərkəsin rastlaşa biləcəyi problemlərdir. Diş daşları adı verilən və mikroblardan ibarət olan yapışqan bir təbəqə dişləri örtür. Yüksək qan şəkəri bu bakteriyaların çoxalmasını asanlaşdırır. Bunun nəticəsində diş ətlərində qızartı,şişkinlik və ağrı olur. Dişlərinizi fırçaladıqda qanayır.
Qanda şəkər yüksək səviyyədədirsə diabetli şəxslər daha tez-tez diş və dişəti problemlərilə üzləşirlər. Dişləri itirməyə qədər gedə bilən problemlər meydana gələ bilər. Əgər yaş 45 və artıqdırsa,diabetiniz varsa, və bir də siqaret çəkirsinizsə, diş və dişəti problemləri ehtimalınız yüksəkdir. Diş ətində qızartı, şişkinlik, ağrı problemin göstəricisidir. Bu vəziyyətə “Periodontitis” deyilir. Bu,dişətini və dişi saxlayan sümüyün iltihabıdır. Müalicə edilməsə diş əti yuxarı qalxır,dişləriniz sanki daha uzun kimi görünür,nəticədə diş xəstəlikləri və onların çəkilməsinə ehtiyac yaranır. Diş əti xəstəliklərindən xilas olmaq üçün qan şəkərinizi nəzarıtdə saxlayın və dişlərinizə qulluq edin, dinamik nəzarət edin. Şikayətlərdən asılı olmayaraq vaxtaşırı hər 6 aydan bir ən geci ildə bir dəfə stamotoloq qəbuluna gedin.