Ana səhifə Diabet Diabet xəstələrinə məsləhətlər

Diabet xəstələrinə məsləhətlər

Qanda şəkərinizi kontrolda tutmaq üçün əvvəlcə bədəninizin avtomatik olaraq etdiklərini indi Sizin etməyiniz lazımdır. Məqsəd qandakı şəkəri mümkün qədər normala yaxın səviyyədə tutmaq olduğuna görə, diabet olmazdan əvvəlki insulin ifrazını təqlid etməyə yönəlmiş ən uyğun müalicə edilməlidir. Hər gün insulin inyeksiyalarını etməli ya da həkiminizin tövsiyə etdiyi diabet dərmanlarını istifadə etməlisiniz. İnsulin inyeksiyasının sayını və vaxtlarını ya da dərman sayı və qəbul vaxtını həkiminiz təyin edəcəkdir. Qan şəkərininzi ölçərək qeydlərinizi həkiminizə göstərməlisiniz.
– Gündə üç ana yemək və üç ara yemək yeyərək qidalanmanız vacibdir.
– Qidalanma rejiminizi pozmamaq, pəhriz saxlamaq və bunu bir həyat tərzinizə çevrilməlisiniz.
– İdman etmək və fiziki fəallığı artırmaq diabetin müalicəsinin təməl daşıdır.

Paylaş: