Ana səhifə Diabet Diabetdən qaynaqlanan retina problemlərim olduğunda nələr edə bilərəm?

Diabetdən qaynaqlanan retina problemlərim olduğunda nələr edə bilərəm?

Diabetdən qaynaqlanan retina problemləri necə artar?

Retina problemləri artdıqca, gözdə yeni kiçik damarlar əmələ gəlməyə başlayır. Bu yeni damarlar olduqca zəif və nizamsızdır. Asanlıqla qırılıb şüşəli cismə qan sızır, işığın retinaya çatmasına mane olurlar. Bu kimi hallarda ya uçuşan nöqtələr görürsünüz və ya görməyiniz azalır. Bu qan bəzən öz-özünə təmizləndiyi kimi, bəzən də cərrahi müdaxilə tələb edə bilər. Zaman keçdikcə bu zəif damarlar yeni bir toxumanın yaranmasına və onun yırtılmasına yol aça bilər. Retina yırtıldığında yanıb sönən işıqlar və uçuşan nöqtələr görməyə başlayırsınız. Sanki gözünüzün üstündən bir pərdə enmiş kimi hiss edirsiniz. Retina yırtıqları əgər müalicə edilməzsə görmə itkisi və korluğa səbəb ola bilər.
Əgər gözünüzlə bağlı bir problem hiss edirsinizsə vaxt itirmədən göz həkiminizə müraciət edin.

 

Diabetdən qaynaqlanan retina problemlərim olduğunda nələr edə bilərəm?

Əvvəla qanda şəkərinizi və qan təzyiqinizi kontrolda saxlayın. Göz həkiminiz Sizə lazerlə müalicə təklif edə bilər. Lazerlə müalicədə, qan sızdıran damarlar yandırılaraq retinaya qansızmanın qarşısı alınır. Lazerlə edilən müalicələr görmə itkisini yavaşlada bilir. Əgər göz dibinə çox qan sızmışsa və görmə çətinliyi yaşıyırsınızsa həkiminiz “vitrektomiya” adlandırılan cərrahi müdaxilə təklif edə bilər. Bu əməliyyatla gözünüzün içindəki qan təmizlənərək görmənizin düzəlməsi bərpa oluna bilər.

 

Şəkərli diabet retinaya necə zərər verir?

Retina zədəsi çox ləng əmələ gəlir. Retinada olan kiçik qan damarları çox rahat zədələnə bilər. Uzun davam edən qanda şəkər yüksəkliyi və qan təzyiqi yüksəkliyi bu kiçik damarlara zərər verir. Əvvvəlcə bu kiçik damarlar şişir və zəifləyir. Bəziləri tıxanır və qan dövranı pozulur. Başlanğıc mərhələdə görmə ilə bağllı bir problem hiss ertməsəniz belə erkən diaqnoz üçün ildə bir dəfə mütləq göz həkiminizə getməlisiniz.

Diabetdən qaynaqlanan göz dibi zədələnməsi olub olmadığını necə bilərəm?
Bəzi vəziyyətlərdə heç bir əlamət olmur, amma bəzən də aşağıdakılardan biri ya da bir neçəsi hiss edilə bilər:
– Bulanıq ya iki görmə
– Yanıb sönən işıqlar ya da rəngsiz nöqtələr
– Tünd rəngli, uçuşan nöqtələr
– Tək ya da hər iki gözdə ağrı və təzyiq hissi

 

Paylaş: