Ana səhifə Diabet Diş və ağız sağlamlığı diabetli xəstələrdə ən vacib məsələlərdən biridir

Diş və ağız sağlamlığı diabetli xəstələrdə ən vacib məsələlərdən biridir

Əməliyyatdan sonra qidalanmağa diqqət olunması, bu xəstələrdə tüpürcəyi artıran, ağız selikli qışasını yaxşılaşdıran preparatlar, bəzən müalicəvi saqqızlar, nəmləndirici kremlər istifadə oluna bilər. Müalicəyə həkim nəzarəti və diş həkiminin dediyi qaydada əməl olunmalıdır. Xüsusən diabetli hipertenziv xəstələrdə, epinefrini azaldılmış lokal anestetiklər istifadə olunmalıdır. Xəstələrin müdaxilələrdən öncə şəkər və qan təzyiqi kontrolu işin daha uğurla alınmasına səbəb olacaqdır. Bu nöqteyi nəzərdən stomatoloqlarımız çox diqqətli olmalıdırlar. Ən başlıcası xəstələr özlərinə çox diqqətl olmalıdırlar. Ağız sağlamlağı üçün pasientlər diş həkimlərinin məsləhətlərinə qalaq asmalı, şikayətdən asılı olmadan 6-12 ay ara ilə, ən geci ildə bir dəfə stomatoloqa getmələri lazımdır. Problemlərin gələcəkdə qarşısını alınması üçün həmişə həkim nəzarətində olmaları, diş daşlarının təmizlənməyi, siqaretdən uzaq olması çox vacib olan məsləhətimizdir. Kareyes və yaxud da hər hansı bir problem olursa mütləq stomatoloq nəzarəti altında müalicə edilməlidirlər. Protez taxan xəstələrimiz protezlərinə yaxşı qulluq etməlidirlər.Ağız qarqaraları və dəmləmələrdən istifadə həkim nəzarəti altında edilməlidir. Diş və ağız sağlamlığı diabetli xəstələrdə ən vacib, bəlkə də az danışılan məsələlərdən biridir. Mən xəstələrin diqqətinə ağız sağlamlığının çox önəmli olmasını, mütəmadi olaraq stomatoloq kontrolunda olmağı əsas ana tövsiyyə kimi bildirmək istəyirəm.

Paylaş: