Xeyr, hər zob xəstəsinə cərrahi əməliyyat lazım olmur. Qalxanabənzər vəzin tamamilə böyüdüyü və içərisində düyünlərin olduğu vəziyyətlərdə cərrahi əməliyyat bir müalicə üsuludur. Zob xəstəliyində əməliyyata göstərişlərdən aşağıdakıları qeyd edə bilərəm:
1. Boyunda böyümüş zobun əmələ gətirdiyi estetik problem.
2. Böyümüş zobun ya da düyünlərin yemək borusunu və tənəffüs yolunu sıxması nəticəsində yaranan şikayətlərin olması.
3. Bir il ərzində aparılan TSH-supressiv müalicəyə baxmayaraq,böyüməkdə davam edən nodulyar zoblarda.
4. Qalxanabənzər vəzdə xərçəng (kanser ) aşkar edilməsi və ya şübhəsi olduğu hallarda.
5. Ölçüsü 3(üç)sm və daha böyük olan nodulyar və ya multinodulyar zoblarda.
6. 6(altı) ay ərzində aparılan düzgün antitiriod müalicənın effekt vermədiyi, yaxud dərmanların əlavə təsirlərinin qabarıq təzahürləri olduğu, radioaktiv yod müalicəsinə əks-göstəriş olduğu diffuz və ya nodulyar toksiki zoblarda.
7. Residiv toksiki zob və toksiki adenomlarda.
Hər bir strumektomiya və ya planlanacaq əməliyyata gedən xəstə mütləq əməliyyatdan öncə, eləcə də əməliyyatdan sonra requlyar endokrinoloq kontrolunda olmalıdır.