Ana səhifə Məqalələr Hamiləlikdə hipofiz xəstəlikləri

Hamiləlikdə hipofiz xəstəlikləri

Hamiləlikdə hipofiz xəstəlikləri çeşidli formalarda qarşımıza çıxmaqdadır. Hipofiz vəzində hamiləlik zamanı anatomik və funksional dəyişikliklər meydana çıxır. Hipofizin ölçüləri böyüyür, hamiləliyin ikinci yarısından başlayaraq plasentadan fərqli bir böyümə hormonu (GH-V) sekresiya olunur, kortizolun, prolaktinin miqdarı dəfələrlə artır. Baş verən proseslər fizioloji olub hamiləlik sonlandıqdan bir neçə ay sonra geriyə dönür.
Hipofiz xəstəlikləri içərisində ən çox rastlaşdığımız prolaktinomalar, akromeqaliya, Kuşinq xəstəliyi, TSH-omalar, hipofizar yetməməzlik və ya hipopitiutarizm, Sheehan sindromu, şəkərsiz diabetin müxtəilf formalarıdır. Bunların bir qismi nadir patologiyalar olsa da rast gəlinməsi tamamilə yox deyildir, hər bir hipofiz patologiyasının hamiləlikdə, eyni zamanda süd vermə dövründə uyğun protokolla hərəkət edərək  müalicə alqoritmi vardır. Bu zaman hipofiz xəstələri kontrol altına alınaraq müalicə olunarsa, tamamilə normal şəkildə hamiləlik davam etdirilə bilər.

Paylaş: