Ana səhifə Məqalələr Hamiləlikdə hipotiroidizm

Hamiləlikdə hipotiroidizm

Hipotiroidizm tireoid xəstəlikləri içərisində ən çox rastlaşdığımız patologiyadır. Hamiləlik boyunca yetərli miqdarda tireoid hormonlarla dölün təmin olunmaması fiziki və əqli geriliyə, erkən doğum və abortlara səbəb olacaqdır. Profilaktiki olaraq hamiləlik planlanan zaman belə qalxanabənzər vəzi xəstəlikləri, xüsusən autoimmun tiroiditlər və hipotiroidizm araşdırılmalıdır. Hipertiroidizm (tireotoksikoz) hipotiroidizmlə müqayisədə az rast gəlinir, lakin doğru müalicə edilməməsi erkən doğum, düşük doğum ağırlığı, fetal hipotiroidizm və hipertiroidizm, yenidoğulmuşun hipertiroidizmi,  yenidoğulmuşun zobu (qalxanabənzər vəzin böyüməsi) və hətta ölü doğumadək ağırlaşmalarla özünü göstərir.

Paylaş: