Hamiləlik problemlərində qalxanabənzər vəzin xəstəlikləri mühüm yer tutmaqdadır. Çünki, tireoid problemləri hamiləlik dövrünün ən çox rast gəlinən endokrin problemidir. Dölün inkişafında tireoid hormonlar, xüsusən ilk trimestrdə beyin toxuması üçün son dərəcədə vacibdir. Bu səbəbdən, hamiləlik öncəsi və hamiləlik zamanı qalxanabənzər vəzi hormonları yoxlanılaraq düzəldilməli və nəzarətdə saxlanılmalıdır. Hamiləlik zamanı labarator testlərin analizi digər dövrlərlə müqayisədə fərqli normativlərlə edilir, müalicə hamiləliyə spesifik protokollar əsasında aparılır. Sintiqrafiya və radioaktiv yod müalicəsi hamiləlikdə əks göstərişdir. Qalxanabənzər vəzidə düyün tapılmışsa, rahatlıqla biopsiya oluna bilər, nəticədə xərçəng şübhəsi və ya xərçəng xəstəliyi tapılarsa 2-ci trimestrdə cərrahiyə mümkündür. Әgər hamiləlik son trimestrində isə cərrahiyə doğumdan sonrakı zamana buraxılmalıdır.