Hamiləlikdə qalxanabənzər ətraf vəzilərin xəstəlikləri də endokrinoloqların diqqət mərkəzində olan mövzulardandır. Burada əsasən kalsium mübadiləsində olan dəyişikliklər ön planda dayanır. Kalsium mübadiləsinin qorunmasında bağırsaqların, böyrəklərin və sümük toxumasının önəmli rolu vardır. 3 əsas hormon (parathormon, vitamin D və kalsitonin) tərəfindən Ca metabolizmi idarə olunmaqdadır. Әn çox rast gəldiyimiz qalxanabənzər ətraf vəzilərin xəstəlikləri vitamin D yetərsizliyi, qidalarla lazımi miqdarda kalsium və vitamin D alınmamasına bağlı olaraq ortaya çıxır. Bəzən tireoid və paratireiod əməliyatlarından sonra da hipokalsemiyalarla rastlaşırıq. Hipokalsemiyalarda vitamin D və kalsium verilməsi əsas götürülməlidir. Nadir də olsa, hamiləlik zamanı paratireoid adenomlarla da rastlaşırıq ki, bu da bir hiperkalsemiya səbəbidir.
Doğurqan yaşdakı qadınlarda hiperparatireoidizm 8/100000 olduğu ehtimal edilməkdədir. Hiperkalsemiyanın verdiyi şikayətlər qeyri-spesifikdir; əsas fasadlar erkən doğum, ümumi əzələ gücsüzlüyü, preklampsiya və eklampsiya, ölü doğum, yenidoğulmuşların qıcolmaları, böyrək daşları, pankreatit və psixiatrik problemlərdir. Səbəbə yönəlik müalicə və paratireoid adenom varsa, vaxtında edilən cərrahiyə (2-ci trimestr uyğun dövrdür) xəstənin həyatını qurtara bilər. Dölün kalsium ehtiyacı ana bağırsaqlarından təlabata uyğun kalsiumun artmış sorulmasıyla qarşılanır.
Ana qanında ümumi kalsium səviyyələri düşdüyündən yaxşı olar ki, ionizə kalsiuma baxılaraq qərar verilsin. Osteoporoz hamiləlik və laktasiya dövründə nadirdir. Ciddi hallarda fəqərələrdə sınıqlar və buna bağlı ağrılar da ola bilər, bu əsasən vitamin D yetərsizliyinə bağlı olaraq ortaya çıxır. Vitamin D çatışmazlığı anada osteoporoz yaranmasına yol açmaqla bitməyib, yenidoğulmuşda raxitizm, kraniotabes, diş çıxarmaqda da bir sıra məsələlərdə problemlər yaratmaqdadır. Hamiləlik dövründə hipokalsemiya ve osteoporozda müalicə olaraq kalsium və vitamin D xaricində başqa dərman pereparatlarının verilməsi uyğun deyildir.