Hamiləlikdə yüksək təzyiq məsələsi ginekoloq, nefroloq, kardioloq ve endokrinoloqların ortaq problemidir. Xroniki hipertoniyası olan xəstənin hamilə qalmasından başqa bir də normatenziv bir hamilədə 20-ci həftədən sonra arterial qan təzyiqinin 140/90 mm Hg sütunundan artıq olması kimi qəbul olunan gestesional hipertoniya xəstəliyi vardır. Bu durum hamilə üçün qorxuludur, preeklampsiya, eklampsiya, insult, ağciyər ödemi, HELLP sindromu (haemolysis, elevated liver enzymes, low platelets) kimi ciddi riskləri vardır. Hamiləlik hipertoniyalarında endokrinoloqla məsləhətləşmə mütləq edilməlidir. Bu zaman, ikincili səbəbləri araşdırmaq, dərman verilməsi məhdud olduğu üçün doğru diaqnoz qoyub xəstəyə ən vacib, ən zərərsiz pereparatı seçmək əsas məqsədimiz olmalıdır.