Şikayətləri – 2 qrupa bölünür:
1. Adrenergik simptomlar – əsmə, aclıq hissi, soyuq tər, baş ağrısı, ürək döyünmə, əsəbilik, ankisiolitik ( qorxular) şikayətlər;
2. Neyroqlükopenik simptomlar – halsızlıq, dezkordinasiya, görmə pozğunluğu, danışmada gücsüzlük və koma.
Diaqnostikada Whipple triadası dediyimiz klinik praktikada ən çox özünü doğrultmuş sadə bir testdən istifadə edilir.
• Simptomların hipoqlisemiya ilə uyğunluğu;
• Plazma qan şəkərinin hipoqlisemiya sərhədində olması;
• Xəstənin qan şəkərini yüksəltdikdən sonra şikayətlərin keçməsi.
Diaqnozu dəqiqləşdirmək üçün aclıq qan şəkərindən başqa qanda insulin, Cpeptid, isulin/ C-peptid nisbəti, HbA1C, uzanmış aclıq testi, qarışıq yemək(mix-meal) testi, reaktiv hipoqlisemiyanı aşkara çıxarmaq üçün uzanmış şəkər yükləmə testi, instrumental müayinələr (ultrasəs və tomografik görüntüləmələr), radionuklid diaqnostika və s. aparıla bilər.
Müalicə:
Bu zaman aşağıdakılar edilir:
• Əsas xəstəliyin müalicəsi (əsasən cərrahi müalicə və ya patogenetik səbəbə yönəlmiş proseduralar);
• İnsulin və ya şəkərendirici tabletlərin dozasının azaldılması və ya diabetli xəstədirsə, xəstənin yenidən dəyərləndirilməsi;
• Düzgün qida rejiminin seçilməsi (reaktiv hipoqlisemiyalarda) və pəhriz müalicəsi (karbohidratlardan az istifadə və bəsit şəkərlərdən uzaq durmalı və s.);
• İdman təlimatı və həkim nəzarəti;
• Mütəmadi kontrolların aparılması, qan şəkərinin ölçülməsi və s.