Lipid metabolizması və xolesterin mübadiləsi xəstəlikləri
Qan yağlarına tam spektrdə baxmaq, yanaşı xəstəlik, ürək-damar sisteminin vəziyyəti, yaş, irsiyyət anamnezi nəzərə alınaraq fərdi şəkildə məsələyə yanaşmaq, əvvəlcə pəhriz, idman, çəki azalmasına yönəlmiş, eyni zamanda siqaret kimi zərərli vərdişlərə son qoyulması kimi motivasiyaedici müalicə-profilaktik tədbirlərin səmərə vermədiyi hallarda antiaterosklerotik (sadəcə xolesterinendirici müalicə kimi qəbul olunmamalı) müalicə başlanmalıdır.Antiaterosklerotik müalicə var olan ürək-damar patologiyasında ağrlaşmaların qarşısını almaq, yaxud da irəli zamanlarda gözlənilən xəstəlik riskini minimuma endirmək üçün yalnız mütəxəssis tərəfindən aparılmalıdır.Dərman dozalanması, müalicəyə bağlı arzuedilməz təsirlərdən qorunmaq üçün daimi kontrol tələb olunur, çünki əksər hallarda xəstələrə müalicə ömürlük təyin olunur.Qida maddələrinin böyük bir qisiminə əhəmiyyətli nisbətdə lipid daxildir və bunlar yağlı yeməklərdə, xüsusən ət məhsullarında bol miqdarda olurlar. Bir insanın gündəlik menyusunda 15-30 qrama qədər lipid olmalıdır. Qidalanma ilə alınan yağ turşularından ən çox olan və bilinənləri; oleik, palmitik, linoleik və ekozapentaoneik turşularıdır.Dislipdemik xəstələr adətən simptomsuz olur deyə yaş, cins, erkən (kişilərdə 55 yaşdan, qadınlarda 65 yaşdan öncə) aterosklerotik xəstəliklərin (infark,insult və s.) irsiyyətdə olması, siqaret,hipertoniya, şəkərli diabet varlığı skrininq üçün bu qrup insanların erkən zamanlardan kontrola alınması üçün məqsədəuyğundur.Birincili və ikincili hiperlipidemiyalar vardır ki, birincili adətən genetik qaynaqlı və çox vaxt ailəvi olur.Müxtəlif tip poligenik hiperxolesterinemiya, izolə hipertriqliseridemiya, kombinə hiperlipidemiya, familiyal disbetalipoproteinemiya, mikst dislipdemiya kimi əsas növləri var.İkincili dislipidemiyalar adətən qidalanma pozğunluğu və digər xəstəliklərə bağlı olur.Məsələn, hipotireodizm, xroniki böyrək və qaraciyər xəstəlikləri,Kuşinq sindromu,qlikogen depo xəstəlikləri, piylənmə, şəkərli diabet, podaqra, lipodistirofiyalar, alkoqolizmi qeyd etmək olar.Bu kimi ikincili dislipidemiyalarda səbəbə yönəldilmiş müalicə tədbirləri əsas götürülməlidir.İkincili dislipidemiyaların bəzi hallarda səbəbi tiazid diuretikləri,steroid tərkibli dərman peraparatları, az hallarda isə çox zaman genetik anomallıqlara bağlı xüsusən ikinci trimestrdə və daha çox triqliseridlərin armasına və sonra doğum sonrası öz-özünə normallaşan hamiləlik olur.
Xidmət sahəmizə aid olan lipid metabolizmi və xolesterin mübadilə xəstəlikləri birincili və ikinci səbəbləri başda olmaqla tam araşdırılır, hipolipidemik pəhriz və lazım olduqda protokola uyğun dərman müalicəsi və bu xəstələrin kontrolları aparılır.
Xidmət sahəmizə aid olan lipid metabolizmi və xolesterin mübadilə xəstəlikləri birincili və ikinci səbəbləri başda olmaqla tam araşdırılır, hipolipidemik pəhriz və lazım olduqda protokola uyğun dərman müalicəsi və bu xəstələrin kontrolları aparılır.