Ana səhifə Məqalələr Piylənmənin dəqiq təsviri

Piylənmənin dəqiq təsviri

Ümumdünya Səhiyyə Təşkilatı artıq çəki və piylənməni bədən kütlə indeksinə [BKİ = Çəki (kg) / Boy (m2)] əsaslanaraq diaqnoz qoymağı tövsiyə etmişdir. Buna görə;
• Artıq kilo: BKİ = 25.0-29.9 kg/m2 və
• Piylənmə xəstəliyi ( Obezite): BKİ ≥30 kg/m2  olaraq qəbul edilir.

ÜST-nin məlumatına görə  dünyada piyənmə 1980-ci illə müqayisədə hazırda  iki dəfə artmışdır. Statistika 2008-ci ildə 1.4 milyard insanın artıq kilolu, 200 milyon kişi və 300 milyon qadının isə piylənmə xəstəsi olduğunu ortaya çıxartmışdır. Bu rəqəmlər prevalans olaraq ifadə edildiyində; 2008-ci il hesablamalarına görə dünyada artıq çəki yayılması 35% və piyləmə prevalansı isə 11%  civarındadır.
İnkişaf etmiş ölkələrdə hazırda 25% əhali piyləmə xəstəsi, 25%-i artıq çəkili, 25%-i isə normal kilolu ancaq genetik olaraq piylənməyə meyilli olaraq qəbul edilməkdədir.
Tibbi olaraq adətən ilkin (birincili, essensial) və ikincili (sekundar) piylənmə qeyd olunur. İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif problemləri nəticəsində meydana çıxır. İkincili piylənmələrdən isə ən çox rast gəlinən hipotalamik və endokrin növ piylənmələrdir. Birincili piylənmə demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir. Bununla bərabər, birncili piylənmə də yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında yerləşir. Narahatlıq doğuran məqam piy toxumasının qarın, sarğı, bud nahiyələrində toplanması (abdominal-android, ginoid, qarışıq tiplərə bölürük), daxili orqanların içdən, tibbi dildə visseral yağlanması metabolik sindrom riskini artıraraq zamanla xəstəni digər problemlərə aparır.

Paylaş: