Dr.Hidayət Məmmədzadə/Piylənmə xəstəlikləri və metabolik sindrom

Piylənmə xəstəlikləri və metabolik sindrom

Xidmət sahəmizə aid piylənmə xəstəliklərinin müalicə və diaqnostikasında dünya standartları və protokollarına uyğun olaraq pasiyent qəbulu həyata keçirilir. Pasiyentin anamnezi alınır və diqqətlə nəzərdən keçirilir, şikayətlərə baxılır və sistemli şəkildə fiziki müayinə edilir. BÇİ (bədən çəki indeksi) hesablanır, bel çevrəsini ölçüıür və piylənmənin dərəcəsini təyin edilir. AQŞ, aclıq serum lipid profili (total-xolesterin, HDL- xolesterin, LDL-xolesterin və triqliseridlər),qaraciyər, böyrək testləri, tireoid testlərinə baxılır, USM-si (abdominal,tireoid) və EKG edilir. Lazım olan hallarda başqa həkimlərlə konsultasiya və digər müayinələr edilir. Ehtiyac olduqda, bu müayinələr müəyyən aralıqlarla nəticələr və xəstənin vəziyyəti nəzərə alınmaqla təkrar aparılır. 

İlk məsləhətimiz həyat tərzini dəyişməkdir. Bunun əhəmiyyəti xəstəyə aydın izah olunmalıdır. İdman və fiziki aktivlik də mütləqdir və pasiyentlər bu istiqamətdə motivasiya edilməlidirlər. Burda hədəfimiz ilk 6 ayda bazal çəkinin azı 5%-i qədər kilo itkisinə nail olmaqdır. Həyat tərzi dəyişikliyinə baxmayaraq BÇİ≥30 kg/m2 yaxud, risk qrupunda olan BÇİ= 27-29.9 kg/m2 olan pasientlərdə farmakoloji müalicə aparılmalıdır. Yaşam tərzi dəyişikliyi və dərmanlara cavab verməyən xəstələrdə BÇİ ≥40 kg/m2 yaxud riskli qruplarda BÇİ ≥35 kg/m2 olanlarda ikincili səbəblər araşdırıldıqdan sonra bariatrik cərrahiyyə tövsiyə edilə bilər.

Həkimə ehtiyac var?