Ana səhifə Məqalələr Qalxanabənzər vəzi xəstəliklərinin səbəbləri haqqında

Qalxanabənzər vəzi xəstəliklərinin səbəbləri haqqında

Endemik olaraq torpaqda, suda və s. məhsullarda yod elementinin defisiti və bu coğrafi ərazilərdə yaşayan insanlar, autoimmun xəstəliklər, bəzi dərman pereparatları (interferon, litium, kardaron və s.) qəbul edən xəstələr qalxanabənzər vəzi xəstəlikləri üçün risk qrupuna daxildir. Zobun əmələ gəlməsində əsas patogenetik rol hazırladığı hormonların sintezi, sekresiyası və metabolizmində olan gen defektlərinə aiddir. Tiroid hormonlarının sintezində vacib kimyəvi element yoddur. Normada sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması qalxanabənzər vəzin böyüməsinə (hiperplaziya), yəni zob xstəliyinin inkişafına səbəb olur. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi laboratoriyalarda xaric olan yodun təyin edilməsidir.

Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stress reaksiyaları, immuniniteti də unutmaq olmaz. Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz müalicə almış xəstələrdə araşdırma zamanı “zob” sürprizi ilə rastlaşırıq.

Paylaş: