Ana səhifə Məqalələr Qalxanabənzər vəzi xəstəliyi olduğundan şübhələndiyimiz şəxsə hansı testlər edilməlidir?

Qalxanabənzər vəzi xəstəliyi olduğundan şübhələndiyimiz şəxsə hansı testlər edilməlidir?

Əsasən piylənməsi olan və saxladığı pəhriz və etdiyi idmana rəğmən arıqlaya bilməyən, yaxud əksinə yaxşı iştahasına rəğmən kilo verən, gündən – günə arıqlayan şəxslər, saç tökülməsindən əziyyət çəkənlər, ürəkdöyüntüsü, əllərində əsmələri, boğulma hissi olanlar, əl-ayaq, göz ətrafında şişkinliyi  olan və səbəbindən baş açmayan, adət pozğunluğu və ya sonsuzluq problemi yaşayanlar mütləq qalxanabənzər vəzin müayinəsin aparmaq üçün endokrinoloqa müraciət etməlidirlər. Sadəcə olaraq  xəstə ilə söhbət və dəqiq toplanmış anamnez, qandakı hormonların  miqdarını təyin etmək və qalxanvari vəzin quruluşunu, böyüməsini, düyünləri varsa əlləmə və ulturasəs müayinəsi etmək diaqnozu qoymaq üçün kifayət edir. Bu testlərdən sonra ehtiyac olarsa, radioizotop skanerləşdirmə (sintiqrafiya) – qalxanabənzər vəzidə izotopun toplanma xüsusiyyətinə əsaslanan müayinə tətbiq edilir. Bu üsulla düyünün funksional xarakteri müəyyən edilir. Düyünlü zoblarda aspirasyon incə iynə biopsiyası və xərçəng şübhəsi varsa, yaxud boyun limfa düyünlərinin vəziyyətini öyrənmək üçün kompyüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiya üsulları da tətbiq edilir. Ehtiyac olduğu hallarda autoimmun prosesləri dəqiqləşdirmək üçün qandakı antitellər də təyin edilməlidir.

Paylaş: