Ana səhifə Diabet Şəkərli diabet gözlərə necə ziyan vurur?

Şəkərli diabet gözlərə necə ziyan vurur?

Dünyada xüsusən gənc yaş dövrlərində korluğun baş verməsinin ən əsas başlıca səbəbi şəkərli diabetdir. Diabetdən qaynaqlanan göz zədələnmələrinə “Retinopatiya”deyilir. Yüksək qan şəkəri və yüksək qan təzyiqi gözlərinizin aşağıdakı dörd hissəsinə ziyan verə bilər:
Retina: Gözümüzün arxa hissəsində olub, kapilyarlar damarların görünə biləcəyi yeganə nahiyədir və ən çox diabetin zədələdiyi bölgədir. İşığa həssas, damar və sinirlə zəngin bir ağ təbəqədir.
Vitreous: Gözün arxasında jele konsistensiyalı bir maddədir və gözün əsas kütləsini təşkil edir.
Linza (lens): Gözün ön tərəfindədir. İşığı retinaya ötürür.
Optik sinir: Gözlə beyin arasındakı əlaqəni tənzimləyən ən vacib elementdir.

 

 

Paylaş: