Stress gündəlik həyatımızda qarşılaşdığımız dəyişikliklər, problemlər, məyusolmalar və çətinliklər qarşısında bədənimizin göstərdiyi normal reaksiyadır.Əslində stress həyatın o qədər təbii parçasıdır ki,bədən buna ən faydalı və qorunma yoluyla reaksiya verir.Stressə qalib gəlmək diabetin vacib bir hissəsidir.Stress zaman orqanizm “Adrenalin” və “Kortizol” adlanan stress hormonlarını ifraz edərək reaksiya göstərir.Bu hormonlar qaraciyərdən qana şəkər ifrazını artırmaqla təsir edir.Qanda şəkərin yüksəldiyini və ya düşdüyünü bilmək üçün tez-tez qanda şəkərinizi ölçməlisiniz.Bununla ən doğru müalicə üsulunu seçə bilərsiniz. İnsan həyatında bir çox hadisələr stress yarada bilər.Sizdə nələrin gərginlik yaratdığını və ya təzyiq altında tutduğunu yaxşı bilirsiniz.Bu səs-küy qədər sadə bir səbəb də ola bilər.İş və ev həyatınızdakı problemlər də stressə səbəb ola bilər.Bu imtahana hazırlaşmaq,iş yerindəki çatışmamazlıqlar və ya ailə içindəki ciddi problemlər uzun müddətli stressin səbəbi ola bilər.Hətta ailə həyatı qurmaq kimi xöşbəx ani dəyişikliklər belə stress yarada bilər.Vacib olan stress altında bunu Sizin normal başa düşə bilməyiniz və adekvat reaksiyanızdır.Bəzən stressli vəziyyət uzun müddət davam edə bilir.Bu vəziyyətdə problemləri həll etmək üçün professional köməyə ehtiyacınız ola bilər.Bu dövrdə qanda şəkərinizi kontrolda saxlamaq üçün həkiminizə müraciət etməniz məsləhətdir.
Bəzən problemlərinizi inandığınız kimləsə danışmaq stresslə mübarizədə köməkçiniz ola bilər.Hisslərinizi ailənizlə və ya dostlarınızla bölüşün.Sizi yaxşı tanıyan şəxslər problemlərinizə pozitiv həll yolu tapmaqda köməkçi ola bilər. Bəzi hallarda bir psixoloqla danışmaq daha tez həll yolu tapmağa kömək edə bilər. Daha ciddi vəziyyətlərdə psixiatr dəstəyi lazım ola bilər.Dərman müalicəsi veriləcəksə diabet həkiminizə bir konsultasiya etsəniz yaxşı olar.Çünki bəzi dərmanlar qanda şəkərinizin tarazlığını poza bilər. Diabet ilə birgə bundan sonrakı yaşayışım necə olacaq və bu kimi suallar Sizi narahat edir.Yeni həyat tərzinizi,nə istədiyinizi,haraya getmək istədiyinizi qərarlaşdırırsınız. Unutmayın ki, tək deyilsiniz.Lazım gəldikdə kömək istəyin.Həkiminiz, diabet tibb bacınız, dietoloqunuz və ailəniz Sizə kömək olacaqdır.Diabeti idarə etmək mövzusunda olan bütün informasiyaları mənbələrdən tapıb faydalana bilərsiniz.Narahat olmayın, bu xəstəlik kontrol altında olarsa uzun illər sağlam heç bir fəsadsız və xoşbəxt yaşaya bilərsiz.Diabeti həyat tərzinə çevirməyi bacaran bir çox idmançılar, çepmionlar, dövlət xadimləri və məhşur insanlar məlumdur. Normal kontrollar altında diabetli xəstələr aktiv və sağlam həyat tərzi keçirə bilərlər.