Ana səhifə Diabet Şəkərli diabetdə diş və diş əti problemləri

Şəkərli diabetdə diş və diş əti problemləri

Diş həkiminə getməmişdən qabaq və ya diş həkimi planlaşdırdığı bir cərrahiyə əməliyyatı varsa mütləq qan şəkərini kontrolda saxlamaq, lazım olarsa endokrinoloqla məsləhətləşmək lazımdır. Qlisemik kontrolunun qızıl standartı olan hemoqlabin HbA1C 6,5 %-dən aşağı, yaşlı və əlavə olaraq ürək damar xəstələrində 7,5 % -dən aşağı olması qəbul ediləndir. Ümumi anesteziya altında aparılacaq cərrahi müdaxilə 2 saatdan çox çəkəcəksə bu böyük major cərrahiyə olaraq qəbul olunur. Bu xəstələrdə stomatoloqlar tərəfindən xəstələrin qan şəkəri ilə yanaşı qaraciyər, böyrək testləri dəyərləndirilməlidir. Cərrahiyə öncəsi bu xəstələri endokrinoloq tərəfindən kontrol edilməsi, cərrahiyənin uğurlu keçirilməsi və xəstənin əməliyyatdan daha tez sağalması üçün bir önəm daşımaqdadır. Ümumiyyətlə, diş həkimlərinə xəstələrimiz şikayət oldu ya olmadı getmələri lazımdır. Çünki, bu cür xəstələrdə diş problemləri yaranması üçün bir meyillik olur. Ağızda tüpürcək vəzilərin fəaliyyətində azalma olduğundan göbələk xəstəliklərinə meyillilik,bəzən xəstələr qəbul etdiyi hipertoniya əleyhinə dərmanlara və diabetə bağlı ağız quruluğu, stomatit, kandidoz, diş əti xəstəliklərinə bir meyillilik olur. Eyni zamanda protez, xüsusən hərəkətli protez qəbul edən xəstələrə protez və qulluq qaydaları haqqında xəstəyə ətraflı təlimat verilməlidir. Bəzən diabetik neyropatiya ilə bağlı sinir problemlər ilə əlaqəli diabetli xəstələrdə “yanan ağız sindromu” olur, bu xəstələrdə dil ağrıları, sinir ağrıları kimi şikayətlər onları davamlı narahat edir. Qlisemik kontrol və stomatoloqun konsultasiyası həmişə məsləhət görülür.

Paylaş: