Ana səhifə Diabet Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Qanda şəkərinizi və qan təzyiqinizi normal rəqəmlərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq kontrolunda olun.
İldə bir dəfə göz həkiminə gedin. Gözünüzdə heç bir problem olmasa belə, həkimə getməyi təxirə salmayın. Göz həkiminiz göz bəbəyinizin böyüməsi üçün bir damcı tökərək gözünüzün arxasını görə biləcəkdir. Göz problemlərini vaxtında bilmək üçün müalicəni rahatlaşdıracaq və daha ciddi problemlərin əmələ gəlməsinin qarşısı alınacaqdır.
Göz həkiminə gedəndə katarakta və qlaukoma kontrollarınızın edildiyindən əmin olun.
Əgər hamiləsizsə ilk üç ay içində mütləq göz həkiminə gedin.
Əgər hamilə qalmanı planlayırsınızsa göz müayinəsinə ehtiyacınız olub olmadığını həkiminizdən soruşun.
Siqaret çəkməyin. Siqaret diabetlə bağlı göz problemlərinin sürətlənməsinə yol açar.

Paylaş: