Sağlam bir həyat üçün ağız və diş sağlamlığının əhəmiyyəti böyükdür. Ağız və diş sağlamlığının qorunmasında və davamlı şəkildə sağlamlığın bərpa olunmasında, xəstələrin diabet təliminin önəmli rolu vardır. Stomatoloqlar ağız müayinəsi zamanı diabetin ağız əlamətlərini və səbəb olduğu ağırlaşmaları dəyərləndirərək, bəzən diabetin erkən diaqnozunun qoyulmasında bizlərə yardımçı ola bilərlər. Diabetli xəstələr hər yeməkdən sonra dişlərini fırçalamalı, dil fırçası ilə dilin səthi təmizlənməli, diş ipliklərindən istifadə etməlidirlər. Gecə yatmamışdan qabaq dişlər fırçalanıb, diş aralarının təmizlənməsi unudulmamalıdır. Ara öyünlərdə ağzı su ilə yaxalamaq lazımdır. Gün boyu çox su içməli (ağız quruluğu olmasın deyə) və diş fırçalarını tez-tez dəyişməlidirlər. Yumşaq diş firçaları istifadə edilməlidir. Həssas dişlər üçün nəzərdə tutulmuş diş pastalarını stomatoloqla məsləhətləşərək istifadə etməlidirlər. Ağızda hansısa bir rəng dəyişikliyi, qanama, şişkinlik, yara narahatçılıqları varsa ağrı gözləmədən mütləq diş həkiminə getmələri çox vacibdir.