Ana səhifə Diabet Stomatoloji proseduralarda şəkərli diabet xəstələrinə psixoloji dəstək

Stomatoloji proseduralarda şəkərli diabet xəstələrinə psixoloji dəstək

Hamilə diabetli pasientlərimiz diş həkiminə getməmişdən öncə hamiləlik və diabet baxımından dəyərləndirilməlidirlər. Qan şəkəri kontollu, yəni HbA1C 7,5% -dən aşağı olan xəstələrimiz optimal şərtlərdə bütün növ stomatoloji proseduraları keçə  və müalicə oluna bilərlər. Amma HbA1C 10% və üzərində olan xəstələrimiz kontrolsuz diabetli xəstələr qrupuna daxil olub, mütləq diş həkimindən öncə endokrinoloqla görüşməyi vacibdir. Bu cür xəstələrdə osteoporoz yaranması riski çox olduğundan dişin çəkilməsində sınıq yaranma ehtimal olunduğu üçün nisbətən atravmatik çalışıma məsləhətlərimizdən biridir.İnsulindən asılı, yəni hər gün insulin vuran diabetli xəstələrimizin erkən sabah saatlarında randevu almaları, qan şəkərinin daha tez-tez ölçmələri, xəstənin ac olması, səhər saatlarında insulin vurulmaması tövsiyə olunur. Xəstəyə cərrahi əməliyyat planlaşdırılırsa, əməliyyat sırasında isə qlükoza və insulin qarışığı xüsusi nəzarət altında yedirilməlidir. Müvəqqəti olaraq xəstələrin yaralarının tez sağalması üçün insulin müalicəsinə keçirdə bilərik. Xəstələrdə adətən xüsusi bir diş həkimi qorxusu olur. Ona görə diş həkimlərinin aztravmatik çalışması, lazım olarsa xəstələrə bir sakitləşdirici proseduraların və ya sedasiya aparılması da uyğun hesab oluna bilər. Xəstələrə psixoloji dəstək olunmalıdır. Bu cür xəstələrin qan təzyiqinin də eyni zamanda optimal səviyyələrdə olması çox lazımdır. Yüksək səviyyədə qan təzyiqi olan bir xəstədə yanaşı cərrahi stressə bağlı olaraq ağırlaşmaların, hipertonik krizlərin və qanaxma riski də ola bilər. Qan təzyiqinin təbii ki, kardioloqlar tərəfindən kontrol olunmağı vacibdir.

Paylaş: