Dr.Hidayət Məmmədzadə/Qalxanabənzər (tireoid) vəzi xəstəlikləri

Qalxanabənzər (tireoid) vəzi xəstəlikləri

Qalxanabənzər və ya tireoid vəzi boyunun ön hissəsində yerləşən, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan ikipaylı daxili sekresiya vəzisidir. O, ifraz etdiyi hormonlar vasitəsilə orqanizmdə böyük fizioloji əhəmiyyətə malik maddələr mübadiləsi, böyümə, inkişaf və s. kimi prosesləri tənzimləyir. Hazırda endokrinologiyanın xüsusi bölməsi olan “tireoidologiya” məhz qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi ilə məşğul olur.

Orqanizmin iş qüvvəsinin artıb-azalması qalxanabənzər vəzin ifraz etdiyi hormonların miqdarı ilə birbaşa əlaqəlidir. Tibb elmində qalxanabənzər vəzin sekresiyasının artması halı hipertireoz, azalması hipotireoz, dəyişməz qalması isə eutireoz adlanır və xəstəlik hesab olunur.

Qalxanabənzər vəzinin iltihab və xərçəngdən savayı digər səbəblərdən böyüməsinə zob və ya ur deyilir. Elmi cəhətdən zob ayrıca bir xəstəlik deyil. O daha çox vəzin böyüməsini ifadə edən əlamət yaxud simptomdur. Qalxanabənzər vəzin hər xəstəliyində zob olmur və ya ona zob deyimir.

Hər bir qalxanabənzər vəzi xəstəliyinin öz elmi-tibbi izahı və adı mövcuddur. Lakin zob xalq arasında qalxanvarı vəzin bütün xəstəliklərinə verilən ümumi ad olaraq istifadə edilir. Qeyd etdiyimiz kimi, tibbi cəhətdən zob dedikdə qalxanvarı vəzin böyüməsi nəzərdə tutulur.

Xidmət sahələrmizdən biri olan qalxanabənzər vəzin xəstəliklərinin müalicəsi dünya standartlarına uyğun şəkildə hərtərəfli müayinə edilərək həyata keçirilir. Xəstələrdə diaqnozun dəqiqləşdirilməsi üçün bütün lazımi hormon profili və antitellər yoxlanılır, həmçinin ultrasəs müayinəsi aparılır. Zəruri hallarda əlavə müayinələr, boyun nahiyəsinin tomoqrafiyası, sintiqrafiya, qalxanabənzər vəzin incə iynə aspirasion biopsiyası və s., həyata keçirilir. Daha sonra uyğun müalicə taktikası müəyyən edilir və xəstələr mütəmadi nəzarət altında müalicə edilir. Xəstələrə problemin mahiyyəti izah olunur, xəstəlik barəsində ətraflı məlumat verilir.

Həkimə ehtiyac var?