Ana səhifə Məqalələr Xəstəliyin klinik əlamətləri hansılardır?

Xəstəliyin klinik əlamətləri hansılardır?

Yuxarıda saydığımız xəstəlik növlərinə görə  xəstələrin şikayətləri də dəyişir:
-Hormonların artıq sekresiya olunduğu toksiki zoblarda : halsızlıq, əllərdə əsmə, tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalan gözlük) , ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar, aybaşı pozulmaları kimi əlamətlər olur.
-Hormonların az sekresiya olunduğu vəziyyətlərdə : hərəkətlərdə  yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. olur.
-Hormonal tarazlıq pozulmayan tiplərdə : sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən  görünüşdə problem və s.) olur.

Paylaş: