Dr. Hidayət Məmmədzadə

Hamiləlikdə sümük-metabolik xəstəliklər

Hamiləlikdə qalxanabənzər ətraf vəzilərin xəstəlikləri də endokrinoloqların diqqət mərkəzində olan mövzulardandır. Burada əsasən kalsium mübadiləsində olan dəyişikliklər ön planda dayanır.

Doğurqan yaşdakı qadınlarda hiperparatireoidizm 8/100000 olduğu ehtimal edilməkdədir. Hiperkalsemiyanın verdiyi şikayətlər qeyri-spesifikdir; əsas fasadlar erkən doğum, ümumi əzələ gücsüzlüyü, preklampsiya və eklampsiya, ölü doğum, yenidoğulmuşların qıcolmaları, böyrək daşları, pankreatit və psixiatrik problemlərdir. Səbəbə yönəlik müalicə və paratireoid adenom varsa, vaxtında edilən cərrahiyə (2-ci trimestr uyğun dövrdür) xəstənin həyatını qurtara bilər. Dölün kalsium ehtiyacı ana bağırsaqlarından təlabata uyğun kalsiumun artmış sorulmasıyla qarşılanır.

Ana qanında ümumi kalsium səviyyələri düşdüyündən yaxşı olar ki, ionizə kalsiuma baxılaraq qərar verilsin. Osteoporoz hamiləlik və laktasiya dövründə nadirdir. Ciddi hallarda fəqərələrdə sınıqlar və buna bağlı ağrılar da ola bilər, bu əsasən vitamin D yetərsizliyinə bağlı olaraq ortaya çıxır. Vitamin D çatışmazlığı anada osteoporoz yaranmasına yol açmaqla bitməyib, yenidoğulmuşda raxitizm, kraniotabes, diş çıxarmaqda da bir sıra məsələlərdə problemlər yaratmaqdadır. Hamiləlik dövründə hipokalsemiya ve osteoporozda müalicə olaraq kalsium və vitamin D xaricində başqa dərman pereparatlarının verilməsi uyğun deyildir.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetin hansı müalicə üsulları var?

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu var: Bunlardan birincisi təlimdir. Əgər şəkərli diabet diaqnozu qoyulubsa, xəstə ilkin olaraq…

Oxu
Şəkərli diabet

Diabetin hər kəsin bilməli olduğu əlamətləri

Diabetin klassik hesab edilən əlamətləri aşağıdakılardır: • Susuzluq və ağızda quruluq hissi; • Tez-tez və əsasən gecələr sidiyə çıxma; •…

Oxu
Şəkərli diabet

Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur: Tip 1 diabet. Bu növ diabet xəstəliyi…

Oxu