
- Susuzluq və ağızda quruluq hissi;
- Tez-tez və əsasən gecələr sidiyə çıxma;
- Yorğunluq və halsızlıq;
- İştahanın artması və sanki səbəbsiz yerə çəki itkisi;
- Bulanıq görmə;
- Yaraların gec və çətinliklə sağalması;
- Əl və ayaqlarda ağrılar, keyimə, yanma və iynə batması hissi;
- Donma və digər buna bənzər hissiyyat pozuntuları;
- Dəridə quruluq və çatların əmələ gəlməsi;
- Qadınların sidik yollarında yaranan bəzi problemlər.
Eyni zamanda, hər iki cinsin seksual həyatında rast gəlinən bəzi problemlər və s. də şəkərli diabetin əlamətlərinə aid edilə bilər.
Əgər insanda göstərilən 2 haldan hər hansı birinin nəticəsi pozitivdirsə, ona şəkərli diabet diaqnozu qoyulur: Aclıq qan şəkəri – 8-12 saat gecə yuxusundan sonra 126 milliqram/destilitr yaxud 7 mmol/litrin üzərində olarsa yaxud toxluq qan şəkəri – yeməkdən 2 saat sonra venadan götürülmüş qanda qlükoza 200 milliqram/ destilitr və yaxud 11 mmol/litrdən artıqdırsa.
