Dr. Hidayət Məmmədzadə

Piylənmənin müayinə və müalicə proseduru necədir?

Piylənmənin diaqnostikası səbəbin aşkarlanması ilə bağlıdır. Müalicə isə diaqnoz dəqiqləşdirildikdən sonra, səbəbi aşkarlamaq və aradan götürməklə aparılır.

Pasientdən diqqətli şəkildə anamnez alınaraq, şikayətlərə baxılır, sistemli bir fiziki müayinə edilərək qeyd edilir. BKİ hesablanır, bel çevrəsi ölçülür, piylənmənin dərəcəsi təyin olunur. AQŞ, açlıq serum lipid profili (total-xolesterol, HDL- xolesterol, LDL-xolesterol, total-xolesterol/HDL-xolesterol nisbəti və triqliseridlər), qaraciyər, böyrək testləri, tireoid testlərinə baxılır, USM-si (abdominal,tireoid) və EKG çəkilir. Lazım olan hallarda başqa həkim konsultasiyaları və irəli müayinələr edilir. Ehtiyac olduqda bu müayinələrə müəyyən aralıqlarda nəzarət edilir.

Yaşam tərzi dəyişiklikləri ilk məsləhətimiz olub, əhəmiyyəti xəstəyə aydın izah olunmalıdır. İdman və fiziki aktivlik mütləqdir və pasientlər motivasiya olunmalıdır. Burda hədəfimiz ilk 6 ayda bazal çəkinin azı 5%-i qədər kilo itkisidir. Yaşam tərzi dəyişikliyinə rəğmən BKİ≥30 kg/m2 yaxud, risk qrupunda olan BKİ= 27-29.9 kg/m2 olan pasientlərdə farmakoloji müalicə verilməlidir. Yaşam tərzi dəyişikliyi və dərmanlara cavab verməyən xəstələrdə BKİ ≥40 kg/m2 yaxud riskli qruplarda BKİ ≥35 kg/m2 olanlarda ikincili səbəblər araşdırıldıqdan sonra bariyatrik cərrahiyə düşünülməlidir.

Bel çevrəsinə görə xəstəlik riski:

Kişi ≥94 sm

Qadın ≥80 sm

BKİ görə təsnifat:

Az çəkili

<18.5 kg/m2

Normal

18.5-24.9 kg/m2

Artıq çəkili:

25.0-29.9 kg/m2

Piylənmə

30.0-34.9 kg/m2

I dərəcə

35.0-39.9 kg/m2

II dərəcə

≥40 kg/m2

III dərəcə

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetin hansı müalicə üsulları var?

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu var: Bunlardan birincisi təlimdir. Əgər şəkərli diabet diaqnozu qoyulubsa, xəstə ilkin olaraq…

Oxu
Şəkərli diabet

Diabetin hər kəsin bilməli olduğu əlamətləri

Diabetin klassik hesab edilən əlamətləri aşağıdakılardır: • Susuzluq və ağızda quruluq hissi; • Tez-tez və əsasən gecələr sidiyə çıxma; •…

Oxu
Şəkərli diabet

Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur: Tip 1 diabet. Bu növ diabet xəstəliyi…

Oxu