Dr. Hidayət Məmmədzadə

Xətalı və zərərli yemək davranışları

Xətalı yemə davranışlarının ən önəmliləri bunlardır :

  • – Normadan çox qida qəbulu;
  • – Xüsusən işləyən pasientlərdə təbii qidalar əvəzinə hazır, şəkərli, “fast food” tipli, enerji dəyəri yüksək qidalara meyillik;
  • – Aclıq hissi olmadan belə qida qəbulu;
  • – Axşam evə gəldikdən sonra yemək zamanına qədər az miqdarda “atışdırmaq” və sonra təkrar yemək;
  • – Sürətli yemək, böyük loxmalar almaq, az çeynəmək;
  • – Öyün adlatmaq və ya öyün aralarında davamlı bir şeylər yemək;
  • – Yemək yeyərkən başqa işlərlə məşğul olmaq (davamlı söhbət etmək, TV seyr etmək, oxumaq və s., hansı ki, bunlar yemə prosesini uzadacaq;
  • – Uzun müddət süfrədə qalmaq;
  • – Sıxıntılı, stressli zamanlarda davamlı yemək;
  • – Ziyafət və dəvətlərə tez-tez qatılmaq;
  • – Axşam yeməyindən sonra yatıncaya qədar davamlı yemək, yüksək kalorili çərəz, ləbləbi, şirin meyvə və şirələr, şirin sular və s. davamlı qəbul etmək;
  • – Gecə yuxudan durub yemək yemək;
  • – Su içməmək və ya az içmək, su əvəzinə enerjili içkilər istifadə etmək və s.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetin hansı müalicə üsulları var?

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu var: Bunlardan birincisi təlimdir. Əgər şəkərli diabet diaqnozu qoyulubsa, xəstə ilkin olaraq…

Oxu
Şəkərli diabet

Diabetin hər kəsin bilməli olduğu əlamətləri

Diabetin klassik hesab edilən əlamətləri aşağıdakılardır: • Susuzluq və ağızda quruluq hissi; • Tez-tez və əsasən gecələr sidiyə çıxma; •…

Oxu
Şəkərli diabet

Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur: Tip 1 diabet. Bu növ diabet xəstəliyi…

Oxu